20 
May
2022
09:00
78
20
1689
Virtual karabakh

Britaniyalı onu qonaqlığa dəvət etməyən həmkarlarından 93 min dollar təzminat aldı

20 May, 2022
09:00
1689

Britaniyalı onu qonaqlığa dəvət etməyən həmkarlarından 93 min dollar təzminat aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə sakini qonaqlığa dəvət olunmadığı üçün iş yoldaşlarını məhkəməyə verib. Kazinoda çalışan 51 yaşlı Rita Leer bildirib ki, həmkarları tez-tez ondan qaçır və ünsiyyət qurmaq istəmirlər.

Qadın bundan narahat olmamağa çalışıb. Ancaq məclisə dəvət olunmayan tək adam olduğunu öyrəndikdən sonra inciyib və haqsızlıqla barışa bilməyib.

Qadın həmkarlarını ayrıseçkilikdə ittiham edərək məhkəməyə verib.

İş üzrə ilk iclas 2021-ci ilin dekabrında başlayıb. Məhkəmə zamanı Rita iş yerində irqi və yaşa görə ayrı-seçkiliyə məruz qaldığını sübut edə bilib və həmkarlarından 93 min dollar təzminat alıb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri