18 
May
2022
23:40
293
11
1367
Virtual karabakh

Cavuşoğlu: “ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq”

18 May, 2022
23:40
1367

Cavuşoğlu: “ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bir araya gəlb.

Görüşdən sonra mətbuat mənsublarına açıqlamalar verən nazir danışıqları müsbət qiymətləndirib.

“Blinkenlə Strateji Mexanizm çərçivəsində çox müsbət görüşümüz oldu. Biz ikitərəfli münasibətləri, o cümlədən regional məsələləri, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə etdik. Biz əməkdaşlıq sahələrimizi necə təkmilləşdirə biləcəyimizdən danışdıq”, - deyə Çavuşoğlu bəyan edib.

Jurnalistlərin suallarını cavablandıran XİN rəhbəri ABŞ və Türkiyə arasında F-16 qırıcılarınınnın satışı ilə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib.

O, həmçinin NATO-ya üzv və namizəd ölkələrin terror təşkilatlarına dəstək verməsini, təşkilata üzv olan və ya olmağa hazırlşan ölkələrin bir-birinə silah satışı məhdudiyyətləri tətbiq etməsini qəbuledilməz adlandırıb.

Çavuşoğlunun sözlərinə görə, Blinken Finlandiya və İsveçin Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırması üçün onlara lazımi mesajları çatdıracağını vəd edib.

Mənbə: TRT

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri