17 
May
2022
20:33
210
24
2409
Virtual karabakh

II Elizabet gözlənilmədən metroya gəldi - VİDEO

17 May, 2022
20:33
2409

II Elizabet gözlənilmədən metroya gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya kraliçası II Elizabet gözlənilmədən London metrosuna enərək onun adını daşıyan yeni xəttin açılışında iştirak edib.

Kraliça üzərində metro xəttinin adı yazılmış lövhəni açıb və onun tikintisində iştirak edən əməkdaşlarla görüşüb.

Sonra II Elizabet müvafiq aparat vasitəsilə nəqliyyat kartını doldurmağa çalışıb.

“Hamımız inanılmaz dərəcədə təsirləndik. Əlahəzrətə bu gün Elizabet Xəttini açmağa gəldiyinə görə minnətdarıq. Onu görmək çox gözəl idi”, - deyə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Qeyd edək ki, 96 yaşlı Kraliça səhhətilə bağlı problemlərə görə son vaxtlar Vindzor qəsrini nadir hallarda tərk edir.

Mənbə: lenta.ru

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri