Dek
2021
23:08
542
17
4583
Virtual karabakh

Türkiyədə yeni silahın sınaqları uğurlu oldu - FOTO/VİDEO

2 Dek, 2021
23:08
4583

Türkiyədə yeni silahın sınaqları uğurlu oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yerli istehsal dəniz topunun sınaq atışı uğurla həyata keçirilib.

Tədbirdə ölkənin müdafiə naziri Hulusi Akar, həmçinin Baş Qərargah rəisi və ordu komandanları iştirak edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Karapınardakı atıcılıq poliqonunda keçirilən sınaqların iştirakçılarına videomüraciət ünvanlayıb. Dövlət başçısı yeni 76/62 millimetrlik dəniz topunun Türkiyə Silahlı Qüvvələri üçün xeyirli olmasını diləyib.

Nazir Akar isə çıxışında ölkə ordusunun təchizatında yerli istehsal payının artıq 80%-ə çatdığını bildirib.

Tədbirdə yeni silahın 16 km-dək effektli atəş məsafəsinə, 5 atəş rejiminə malik olması və dəqiqədə 80 atış həyata keçirdiyi vurğulanıb.

Dəniz topunun tezliklə Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olunacağı qeyd edilib.

Mənbə: “Anadolu”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri