27 
Noy
2021
10:57
127
98
1586
Virtual karabakh

Rusiya və Çin “Demokratiya Sammiti” ideyasını rədd edirlər

27 Noy, 2021
10:57
1586

Rusiya və Çin “Demokratiya Sammiti” ideyasını rədd edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin və Rusiya ABŞ-ın təşəbbüsü ilə dekabrda keçiriləcək beynəlxalq “demokratiya sammiti” ideyasını rədd edirlər. Bu barədə Rusiya və Çinin ABŞ-dakı səfirləri Anatoli Antonov və Qin Qanqın “National Interest”də dərc olunmuş birgə məqaləsində deyilir.

Məqalədə bildirilir ki, belə bir tədbirin keçirilməsi ideoloji konfrontasiyaya və dünyada parçalanmaya səbəb olacaq, yeni “ayırıcı xətlər” yaradacaq.

“Demokratiya konkret ölkənin və ya ölkələr qrupunun müstəsna hüququ deyil, bütün xalqların ümumbəşəri hüququdur. Bu, bir neçə yolla həyata keçirilə bilər və heç bir model bütün ölkələrə uyğun gələ bilməz. Ona görə də demokratiyanın əsas meyarı xalq olmalıdır və yalnız onların öz ölkələrini idarə etmək hüququ var”, - deyə səfirlər bildiriblər.

Bundan əvvəl ABŞ dekabrın 9-10-da keçiriləcək “demokratiya sammiti”nə dəvət olunan ölkələrin siyahısını açıqlamışdı, bu siyahıda Rusiya və Çin yer almamışdı.

Mənbə: “İnterfaks”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri