21 
Okt
2021
18:28
42
364
2105
Virtual karabakh

Telman İsmayılovun Rusiyaya ekstradisiyası ilə əlaqədar məhkəməyə müraciət edildi

21 Okt, 2021
18:28
2105

Telman İsmayılovun Rusiyaya ekstradisiyası ilə əlaqədar məhkəməyə müraciət edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monteneqronun Ədliyyə Nazirliyinə Azərbaycan əsilli biznesmen Telman İsmayılovun ekstradisiyası ilə bağlı Rusiya tərəfindən müraciət daxil olub.

Bu barədə Monteneqronun Ədliyyə Nazirliyi məlumat yayıb.

Rusiyanın Monteneqrodakı səfirliyi daha əvvəllər T.İsmayılovun ekstradisiyası ilə bağlı materialların Monteneqro tərəfinə ötürüldüyünü bildirmişdi.

“Monteneqronun Ədliyyə İnsan Haqları və Azlıqların Müdafiəsi Nazirliyi sorğuları alaraq müvafiq məhkəmə instansiyasına təhvil verib”, - deyə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, “Çerkizovski” bazarının keçmiş direktoru iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur.

İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb.

Azərbaycanlı iş adamının axtarışı “İnterpol” vasitəsilə həyata keçirilib.

Oktyabrın 2-də Telman İsmayılov Monteneqroda saxlanılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri