19 
Okt
2021
00:35
235
95
2573
Virtual karabakh

Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyir

19 Okt, 2021
00:35
2573

Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

Yaponiya nazirlər kabinetinin baş katibi Hirokadzu Matsunonun sözlərinə görə, ölkə hakimiyyəti bu problemi gələcək nəsillərə ötürmək istəmir.

Matsuno qeyd edib ki, bu, mübahisəli ərazilər məsələsinin həllinin vacibliyini bir daha təsdiq etmək üçün yaxşı bir fürsətdir. O, əlavə edib ki, rəsmi Tokio 2018-ci ildə Vladimir Putinlə Yaponiyanın ozamankı baş naziri Şinzo Abe arasında Sinqapurda görüşü zamanı əldə edilən razılaşmalar əsasında Moskva ilə dialoq aparmaq niyyətindədir.

Yaponiya 1855-ci il ikitərəfli Ticarət və Sərhəd Müqaviləsinə əsaslanaraq Kuril silsiləsinin cənub adalarını - Şikotan, İturup, Habomai və Kunaşirə iddia edir. Ərazi mübahisəsi İkinci Dünya Müharibəsinin sonundan bəri davam edir, o vaxtdan tərəflər sülh müqaviləsi imzalaya bilmirlər. Bir neçə gün əvvəl Yaponiyanın hazırkı baş naziri Fumio Kisida ölkənin suverenliyinin Cənubi Kuril adalarına qədər uzandığını bildirib.

Mənbə: Mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri