24 
Sen
2021
19:45
153
51
12639
Virtual karabakh

Universitet basqınından sonra intihar edən Perm vilayəti İstintaq Komitəsi rəhbərinin son məktubu üzə çıxdı

24 Sen, 2021
19:45
12639

Universitet basqınından sonra intihar edən Perm vilayəti İstintaq Komitəsi rəhbərinin son məktubu üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada intihar edən Perm vilayəti İstintaq Komitəsinin rəhbəri Sergey Sarapultsevin son məktubu üzə çıxıb.

Evində ölü tapılan ədliyyə polkovniki intihardan öncə son sözlərini kağıza köçürüb.

“Kifayət qədər yaşadım. Qəsdən və ya bilmədən etdiyim günahlara görə, tanrım, məni – günahkar bəndəni bağışla. Qarşında günahkaram. Nədə? Özün bilirsən. Layiq olmayan quluna rəhm et”, -deyə o, qeyd edib.

Xatırladaq ki, sentyabrın 23-də baş verən intiharın mərhumun peşəkar fəaliyyəti, o cümlədən Perm universitetindəki kütləvi qətllə əlaqəsi olmadığı bildirilib.

Hazırda insidentlə bağlı istintaq davam edir.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri