22 
İyn
2021
17:40
345
22
4650
Virtual karabakh

Bakılı əfsanəvi kəşfiyyatçının Yaponiyadakı məzarı ziyarət olunub - FOTO

22 İyn, 2021
17:40
4650

Bakılı əfsanəvi kəşfiyyatçının Yaponiyadakı məzarı ziyarət olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Vətən müharibəsinin başlanmasının 80 ildönümündə Rusiyanın Yaponiyadakı səfiri Mixail Galuzin, həmçinin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın Yaponiyadakı diplomatik nümayəndəliklərinin rəhbərləri və müvəqqəti işlər vəkilləri Tokio ətrafındakı Tama qəbiristanlığında dəfn edilən əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Federasiyasının Yaponiyadakı səfirliyi məlumat verib.

Diplomatlar Böyük Vətən müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakıda anadan olub və 1944-cü il noyabrın 7-də Tokioda vəfat edib. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı İkinci Dünya müharibəsindən əvvəl, həmçinin savaş illərində Almaniya və Yaponiyada jurnalist adıyla casus kimi fəaliyyət göstərib. SSRİ qarşısında xidmətlərinə görə Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri