21 
Apr
2021
14:00
16
178
2111
Virtual karabakh

ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət elan olundu

21 Apr, 2021
14:00
2111

ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət elan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da Arizona ştatının qubernatoru Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib.

Eyni zamanda, onun göstərişi ilə milli qvardiya əsgərləri həmin əraziyə göndərilib.

Bu barədə Daq Dyusi “Twitter”də yazıb.

Co Bayden administrasiyasının hakimiyyətə gəlməsi ilə ABŞ sərhədini qanunsuz keçməyə çalışan miqrantların sayı xeyli artıb. KİV sərhəddəki böhrandan danışır.

Daha əvvəl ABŞ Milli Təhlükəsizlik Departamentindən bildirilib ki, ölkə son 20 il ərzində Mərkəzi Amerikadan gələn qanunsuz miqrantların rekord sayda gəlişi üçün hazır olmalıdır.

Ölkənin cənub-qərb sərhədində vəziyyət çətindir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri