Mar
2021
01:07
32
331
3103
Virtual karabakh

Ekvatorial Qvineyadakı partlayışlar nəticəsində ölənlərin sayı 98-ə çatıb – YENİLƏNİB + VİDEO

9 Mar, 2021
01:07
3103

Ekvatorial Qvineyadakı partlayışlar nəticəsində ölənlərin sayı 98-ə çatıb – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekvatorial Qvineyada baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 98-ə, yaralıların sayı isə 615-ə yüksəlib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Xatırladaq ki, ölkənin iqtisadi mərkəzi sayılan Bata şəhərindəki hərbi anbarda baş vermiş hadisədənin dinamitlə ehtiyatsız davranış nəticəsində meydana çıxdığı bildirilir.

8 mart, 20:18

Ekvatorial Qvineyada baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 30-a çatıb.

Bu barədə “France-Presse” xəbər verir.

Ölkənin iqtisadi mərkəzi sayılan Bata şəhərindəki hərbi anbarda baş vermiş hadisədə 600 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, dünən axşam saatlarında Nkoa Ntoma hərbi bazası ərazisində 4 güclü partlayış qeydə alınıb.

Televiziya ilə əhaliyə müraciət edən ölkə prezidenti Teodoro Obianq Nqema Mbasaqo hadisənin dinamitlə ehtiyatsız davranış nəticəsində baş veridiyini bildirib. O, hərbi bazanın personalını diqqətsizlikdə ittiham edib.

Prezident həmçinin dünya ictimaiyyətinə müraciət edərək yardım istəyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri