25 
Yan
2021
23:24
98
448
5121
Virtual karabakh

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

25 Yan, 2021
23:24
5121

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya lideri Vladimir Putin universitet tələbələri ilə onlayn-söhbət zamanı fəaliyyət sahəsi kimi şərabçılıqla maraqlandığını, prezident karyerası başa çatdıqdan sonra sözügedən sahədə hüquq məsələləri üzrə müşavir kimi çalışa biləcəyini söyləyib.

Bu barədə RT məlumat yayıb.

O, Rusiyada son illərdə şərabçılıq sahəsinin inkişaf etdiyini vurğulayıb.

“Mən bununla nə vaxtsa biznes kimi yox, fəaliyyət növü kimi məşğul olardım. Mənim müşavirim var, Boris Titov, o, “Abrau-Dyurso”nun sahibidir. İşimi bitirdikdən sonra ola bilər, biznesmen kimi deyil, heç olmasa hüquq sahəsində müşavir kimi onun yanına gedim”, - deyə V.Putin qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri