19 
Yan
2021
16:28
11
204
2836
Virtual karabakh

“Pfizer” və “Moderna” peyvəndlərinin 81 yan təsiri AÇIQLANDI

19 Yan, 2021
16:28
2836

“Pfizer” və “Moderna” peyvəndlərinin 81 yan təsiri AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus əleyhinə peyvəndləmə başlayandan bəri, İrlandiya Dərman İstehsalı və Paylanması Agentliyi (HPRA) ABŞ-ın “Pfizer” şirkətinin, onun almaniyalı tərəfdaşı “BioNTech”-in, eyni zamanda ABŞ-ın “Moderna” peyvəndinin 81 yan təsiri olduğunu bildirib.

Bu barədə “The Irish Times” qəzeti xəbər yayıb.

“Hər növ peyvənd üçün kifayət qədər tipik olan 81 yüngül yan təsir qeydə alınıb. Bu simptomlar sürətlə keçib və tibbi müdaxiləyə ehtiyac qalmayıb”, - deyə qeyd olunur.

Ən çox görülən yan təsirlər arasında ürəkbulanma, yorğunluğun artması, oynaq ağrıları, başgicəllənmə, inyeksiya bölgəsindəki qaşınma və qızartıdır.

Bildirilir ki, hələ kəskin allergik reaksiyalar olmayıb, daha çox əhali peyvənd edilərsə, bunların baş vermə ehtimalı daha yüksəkdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri