29 
Noy
2020
06:33
11
694
6320
Virtual karabakh

Altı yaşlı qızının özündən olmadığını düşünən kişi uşağı diri-diri yandırdı - VİDEO

29 Noy, 2020
06:33
6320

Altı yaşlı qızının özündən olmadığını düşünən kişi uşağı diri-diri yandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı yaşlı qızının özündən olmadığını düşünən kişi uşağı diri-diri yandırıb.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Xakasiyada baş verib.

Məlumata görə, Andrey Salomatov uzunmüddətli işdən sonra evə qayıdıb. 41 yaşlı kişi və arvadı Yelena bunu qeyd etmək qərarına gəliblər. Sərxoş olan cütlük bir müddət sonra dava etməyə başlayıblar. Kişi arvadını xəyanətdə ittiham edərək divanı yandırıb. Divanın yanında isə altı yaşlı qızlarının yatdığı çarpayı olub və alov ora keçib. Lakin kişi uşağı xilas etmək əvəzinə, qadını çölə çıxardıb. Qızcığaz faciəvi şəkildə həlak olub.

İfadə verərkən Salomatov uşaq barədə düşünmədiyini və yanğını qısqanclıq zəmində törətdiyini bildirib. Ümumiyyətlə cütlüklər hər zaman dava edərkən kişi qadını xəyanətdə ittiham edib, qadın isə hər zaman uşağın ondan olduğunu deyib.

İstintaq cinayətin qəsdən törədildiyini və Salomatovun sadəcə uşaqdan canını qurtarmaq istədiyini hesab edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri