30 
Sen
2020
03:17
263
122
2632
yuxarı
Poroşenko koronavirusa yoluxub
30 Sen, 2020
03:17
2632
263
122
Poroşenko koronavirusa yoluxub
Ukraynanın sabiq prezidenti Petro Poroşenko koronavirusa yoluxduğunu və evdə müalicə aldığını açıqlayıb.
55 yaşlı siyasətçi bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.
“COVID-19 testim müsbət çıxdı. Heç zamanım da olmadı. Bölgələrə səyahət etməyimə ara verəcəyim üçün çox təəssüflənirəm. Son altı ildə xəstəlikləri ayaq üstə keçirməyi öyrəşmişəm. Ancaq bu xəstəlik çox şiddətlidir. Ona görə bu gündən etibarən evdə müalicə olunacağam. Bütün ukraynalıları özünü qorumağa çağırıram”, - P. Poroşenko sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, son rəqəmlərə əsasən, Ukraynada 204 932 şəxsin COVID-19 infeksiyasına yoluxduğu aşkar edilib. 4 065 xəstə pandemiyanın qurbanı olub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
2 
May
2024
23:01
Makron: “Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib”
41
97
673
2 
May
2024
22:34
“Oralarda necədir?”: Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO
12
76
2274