26 
Sen
2020
17:45
22
181
4712
Virtual karabakh

Teleaparıcı Nailə Əsgər-zadə “evdə onu gözləyən” koronavirus barədə danışdı

26 Sen, 2020
17:45
4712

Teleaparıcı Nailə Əsgər-zadə “evdə onu gözləyən” koronavirus barədə danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Russia 1” telekanalının aparıcısı Nailə Əsgər-zadə koronavirusa yoluxub.

“Telegram” kanalında bu barədə məlumat verən aparıcı bildirib ki, o, bütün ailəsi virusa yoluxandan sonra koronavirusa tutulub; koronavirus onu “evdə gözləyib”.

Teleaparıcı “Nədənsə, sadəlövhlüklə maska, əlcək və antiseptik vasitənin məni koronavirusdan qoruyacağına inandım. Onlara qarşı kampaniya apardığımı düşünməyin. Onlar lazımdır. Ancaq bütün ailə, dünyada ən yaxın və sevimli insanlar hərarət və koronavirusla, müdafiəsiz halda yataqda olanda və siz onlara baxası olan yeganə sağlam insan olsanız, maskalar kömək etməyəcək”, - yazıb.

O, koronavirusdan qaça bilməyəcəyini anlayıb, bundan sonra özünü təcridə və gündə iki dəfə ekspress-test etməyə qərar verib. Bunun sayəsində infeksiya ilk 12 saatda aşkar edilib. Əsgər-zadə əlavə edib ki, hazırda sağlamdır və xəstəlik “mümkün qədər minimum itki ilə” keçib.

O, Rusiyada və dünyada virusa yoluxanların sayının getdikcə artdığını vurğulayaraq, insanları məsafə saxlamağa, ünsiyyəti azaltmağa, maskalar və əlcəklər taxmağa və antiseptik vasitələrdən istifadəyə davam etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri