İyl
2020
14:14
16
222
5207
Virtual karabakh

Türkiyədə fabrikdə partlayış və yanğın: İnsanları xilas edə bilmirlər - VİDEO

3 İyl, 2020
14:14
5207

Türkiyədə fabrikdə partlayış və yanğın: İnsanları xilas edə bilmirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda fişəng istehsalı fabrikində partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Sondakika.com xəbər verir ki, başvermə səbəbi məlum olmayan partlayışın səsi 50 kilometr məsafədən eşidilib.

İnsanlar zəlzələ baş verdiyini hesab edərək, küçələrə axışıblar.

Əraziyə çox sayda tibb işçisi və yanğınsöndürən cəlb edilib.

150-200 işçinin fabrikdə olduğu bildirilir. Partlayışlar hələ də davam etdiyi üçün xilasedicilər müdaxilə edə bilmirlər. Yaxınlıqda yaşayan insanlardan əraziyə gəlməmələri xahiş edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca və Ailə, Çalışma və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Selçuk hadisə yerinə gediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri