İyl
2020
06:10
76
163
2209
Virtual karabakh

ABŞ-da bir gündə 100 min insanın koronavirusa yoluxacağı gözlənilir

2 İyl, 2020
06:10
2209

ABŞ-da bir gündə 100 min insanın koronavirusa yoluxacağı gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da aşkar olunan koronavirusa yoluxma sayı tezliklə gündəlik 100 mini keçə bilər.

CNN bu barədə ölkənin baş yoluxucu xəstəliklər mütəxəssisi Entoni Fauçinin xəbərdarlığına istinadla xəbər yayıb.

Senatda çıxış edən həkim hazırda ABŞ-da gündə 40 mindən çox yoluxma hadisənin aşkarlandığını açıqlayıb. Onun sözlərinə görə, əlavə tədbirlər görülməsə, bu rəqəm altırəqəmli göstəricilərə qədər böyüyə bilər.

Fauçi qeyd edib ki, səlahiyyətlilər “vəziyyətə tamamilə nəzarət etmir və səhv istiqamətdə hərəkət edirlər”. Xüsusilə, o, dövlət rəhbərliyinin müəssisələrin açılması ilə bağlı göstərişlərə əməl edilməsinə kifayət qədər diqqət yetirməməsindən, vətəndaşların sosial məsafə və maskalarla bağlı tövsiyələri qulaqardına vurmasından narahatlığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri