5 
İyn
2020
16:32
218
24
1371
yuxarı
Almaniyada bayrağa zərər verən şəxs həbs ediləcək
5 İyn, 2020
16:32
1371
218
24
Almaniyada bayrağa zərər verən şəxs həbs ediləcək
Almaniyada Avropa İttifaqı və ya hər hansı xarici dövlətin bayrağına zərər verən şəxs üç ilə qədər həbs ediləcək.
“HaberGlobal” məlumat verir ki, hansısa ölkənin bayrağını yandırmaqla, cırmaqla və ya başqa formada zərər verənlərin cəzalanması ilə bağlı qərar qüvvəyə minib.
Bu barədə mayın 15-də Federal Məclisdə qanun müzakirə olunaraq, səs çoxluğu ilə qəbul olunub.
Ədliyyə naziri Kristin Lambrekt qeyd edib ki, bayraq yandırmağın dinc etirazla heç bir əlaqəsi yoxdur. Bu, nifrət, kin və aqressiya doğurur.
Qeyd edək ki, Almaniyada bu zamana qədər bayrağa zərər verən cərimə edilirdi.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək