İyn
2020
09:51
104
41
1582
Virtual karabakh

Nyu-Yorkda komendant saatı uzadıldı

2 İyn, 2020
09:51
1582

Nyu-Yorkda komendant saatı uzadıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-Yorkda komendant saatı bir gün daha uzadılıb.

TASS bu barədə meqapolisin meri Bill de Blasionun “Twitter”də yazdığı açıqlamaya istinadla xəbər yayıb.

“Hazırkı etirazlarda məna və güc var. Ancaq qaranlıqda bir qrup insan etiraz nümayişlərindən zorakılığı qızışdırmaq və əmlakı məhv etmək üçün istifadə edir. Bizim əsas prioritetimiz insanların təhlükəsizliyini təmin etməkdir.

Buna görə komendant saatını uzadacağam. Çərşənbə axşamı, saat 20:00-da başlayacaq (Bakı vaxtı ilə 04:00, çərşənbə günü)”, - deyə De Blasio yazıb.

İyunun 1-i, saat 23:00-dan iyunun 2-si, 05:00-dək mer şəhərdə komendant saatı tətbiq olunduğunu elan edib. Qaydanı pozanları üç aya qədər həbs cəzası, həmçinin, 500 dollaradək cərimə gözləyir.

Nyu-York Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, son bir gündə şəhərdə etiraz aksiyaları və iğtişaşlar zamanı 250-dən çox insan nəzarətə götürülüb. Yeddi hüquq-mühafizə işçisi yaralanıb, 11 polis maşınına zərər dəyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri