İyn
2020
04:28
60
22
2381
Virtual karabakh

Dondurmada “dozanın aşılması” təhlükəlidir

2 İyn, 2020
04:28
2381

Dondurmada “dozanın aşılması” təhlükəlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yetkin insan həftədə maksimum iki porsiya dondurma yeyə bilər.

TASS-ın məlumatına görə, bunu rusiyalı tibb elmləri namizədi, ali dərəcəli həkim Vladimir Zaytsev deyib.

“Hər gün dondurma yemək olmaz. Bu dəqiqdir. Yetkin insan üçün norma həftədə iki dondurmadır”, - deyə, o bildirib.

Həkim vurğulayıb ki, bu tövsiyə isti iqlimi olan ölkələrə aid deyil.

V.Zaytsev onu da qeyd edib ki, dondurmaya kifayət qədər təhlükəli məhsul kimi yanaşmaq lazımdır, soyuq ləzzətdə “dozanı aşmaq” faringit, angina, laringit, rinosinusit və digər xəstəliklərə səbəb ola bilər.

Boğaz iltihabının qarşısını almaq üçün V.Zaytsev dondurmanı isti çayla qəbul etməyi tövsiyə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri