31 
May
2020
11:24
27
65
1438
Virtual karabakh

Şahzadə Harri “Facebook”da gizli profil açıb

31 May, 2020
11:24
1438

Şahzadə Harri “Facebook”da gizli profil açıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya şahzadəsi Harrinin “Facebook”da “Spike Uels” adı altında gizli profili aşkar edilib.

Xəbəri “Daily Mail” agentliyi yayıb.

Jurnalist araşdırması nəticəsində məlum olub ki, “Spike” (sünbül) ləqəbi şahzadənin saç düzümü ilə əlaqədardır və ailəsi, dostları ona məhz bu adla müraciət edirlər.

Profil sahibinin Botsvana Respublikasının Maun şəhərində dünyaya gəldiyi qeyd olunub. Onun idmanın bütün növləri ilə maraqlandığı göstərilib. Bununla belə, profilin bir neçə il əvvəl silindiyi qeyd olunur.

Xatırladaq ki, Britaniya kral ailəsinin keçmiş mühafizə xidmətinin rəhbəri olmuş Dey Devis bildirmişdi ki, kral ailəsinin sosial şəbəkə hesabları onların təhlükəsizliyini sual altında qoyur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri