28 
May
2020
18:59
93
274
6366
yuxarı
“Hörümçək Adam” olmaq istəyən uşaqlar xəstəxanaya düşdülər
28 May, 2020
18:59
6366
93
274
“Hörümçək Adam” olmaq istəyən uşaqlar xəstəxanaya düşdülər
Boliviyada üç qardaş “Hörümçək Adam”ın (Spider Man) gücünə sahib olmaq üçün olduqca zəhərli “qara dul” hörümçəyin onları dişləməsinə şərait yaradıblar.
“New York Post” xəbər verir ki, səkkiz, on və on iki yaşında olan qardaşlar həşəratı çubuqla “narahat ediblər”. Bu zaman hörümçək onların üçünü də dişləyib.
Zəhərlənən uşaqlar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ilan zəhərindən beş dəfə güclü zəhərə malik olan “qara dul” yalnız özünü müdafiə etmək məqsədilə hücuma keçir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək