23 
May
2020
10:43
21
234
6477
Virtual karabakh

Satmaq istədiyi maşının qüsurlarını sadalayan eksperti güllələdi - VİDEO

23 May, 2020
10:43
6477

Satmaq istədiyi maşının qüsurlarını sadalayan eksperti güllələdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə bir kişi satmaq istədiyi maşının qüsurlarını sadalayan eksperti öldürüb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, Qaziantep şəhərində 30 yaşlı Mehmet Kavğacı güllələnib.

Adı açıqlanmayan şəxs alıcı və tanışı ilə satmaq istədiyi avtomobilini ekspertə göstərib.

M.Kavğacı maşının nasaz yerləri ilə bağlı hesabat hazırlayıb. Lakin avtomobilin sahibi ekspertin hazırladığı hesabatla razılaşmayıb.

Onların arasında yaranan mübahisə davaya çevrilib və nəticədə, maşının sahibi M.Kavğacını sinə nahiyəsindən güllələyib. Həkimlərin bütün səylərinə baxmayaraq, iki uşaq atası olan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Satmaq istədiyi maşına minib qaçmaq istəyən şübhəli və yanındakı iki şəxs saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri