6 
Apr
2020
07:19
34
444
6753
yuxarı
Mütəxəssis: “Bəşəriyyəti yüzlərlə yeni virus təhlükəsi gözləyə bilər”
6 Apr, 2020
07:19
6753
34
444
Mütəxəssis: “Bəşəriyyəti yüzlərlə yeni virus təhlükəsi gözləyə bilər”
Heyvanların bədənində gələcəkdə insanlara keçə biləcək yüzlərlə virus yaşayır.
“Lenta.ru” xəbər verir ki, bunu Rusiyanın Paster adına epidemiologiya və mikrobiologiya üzrə Elmi Araşdırmalar İnstitutunun direktor müavini Aleksandr Semyonov bildirib.
Onun sözlərinə görə, hələ ki bu viruslar növlərarası maneəni aşmayıblar.
“Onlar heyvanların bədənində yaşayır və bizi gözləyir. Sadəcə olaraq, biz onlarla təmasa girmirik”, - deyə həkim əlavə edib.
O, qeyd edib ki, gələcəkdə növlərarası təmaslar baş verdikdə, virusa yoluxa biləcək insanlar tapılacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək