Apr
2020
23:20
244
65
3615
Virtual karabakh

İspanlar Meksikadan qayıtmaq istəyən rusları yenidən Meksikaya yolladılar

3 Apr, 2020
23:20
3615

İspanlar Meksikadan qayıtmaq istəyən rusları yenidən Meksikaya yolladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madriddən keçməklə Meksikadan qayıtmaq istəyən altı rusiyalının başına qəribə iş gəlib.

Belə ki, onlar əvvəlcə Madrid aeroportunda təcrid vəziyyətində qalıblar, sonra isə Rusiyaya göndərilmək əvəzinə yenidən Meksikaya deportasiya ediliblər.

Bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, konsulluqda onlar üçün vəd olunmuş əlavə reysin göndərilməsinə vaxt çatmayıb. Meksikada isə onlarla necə davranılacağı bəlli deyil.

Əlbəttə, Rusiya vətəndaşlarının ölkəyə giriş üçün elektron icazələri olub, lakin o bir dəfə işləyir və əvvəlki səfərlərinə aid imiş.

Bir məsələ də var ki, Meksikada Şengen vizası keçərlidir. Bu səbəbdən onların heç olmasa aeroportdan çıxa biləcəyi ehtimal edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri