Apr
2020
01:27
23
236
9378
Virtual karabakh

Rusiyalı mütəxəssis: Koronavirusun əsas məqsədi yaşamaqdır

4 Apr, 2020
01:27
9378

Rusiyalı mütəxəssis: Koronavirusun əsas məqsədi yaşamaqdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federal Tibbi-Bioloji Agentliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Nikiforov “Vladimir Solovyovla axşam” televiziya proqramında koronavirusun əsas məqsədini açıqlayıb.

Mütəxəssisin fikrincə, virusların əsas məqsədi çoxalmaqdır:

“Virus bu qədər qəddar olsaydı və bizi öldürmək istəsəydi, Yer kürəsi uzun müddət tamamilə boş olardı və burada heç bir canlı qalmazdı”.

O, virusun yalnız xəstə, lakin canlı orqanizmdə yaşaya bildiyini vurğulayıb.

Eyni zamanda, bəşəriyyəti məhv etməklə virusun özünü də öldürəcəyini qeyd edən Nikiforov bütün canlıların məqsədinin yaşamaq olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri