1 
Apr
2020
21:18
254
46
7927
yuxarı
“Paris Klubu” bu ölkənin 1,4 milyard dollar borcunu sildi
1 Apr, 2020
21:18
7927
254
46
“Paris Klubu” bu ölkənin 1,4 milyard dollar borcunu sildi
“Paris Klubu” Somalinin təxminən 1,4 milyard dollarlıq kredit borcunu sildiyini açıqlayıb.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Qərarın borc yükünün çox olduğu ölkələrə münasibətdə başladılan təşəbbüs çərçivəsində qəbul edildiyi bildirilib.
“Paris Klubu” iclas zamanı Somalinin 2,7 milyard dollarlıq borcunu müzakirə edib.
Yekunda isə borcun 1,4 milyard dollara bərabər hissəsi silinib, yerdə qalan hissəsi isə yeni şərtlərlə kreditləşdirilib.
Qeyd edək ki, “Paris Klubu” kreditor dövlətləri birləşdirən və 21 ölkənin üzv olduğu beynəlxalq təşkilat və suveren borcalanlara kredit şərtlərinin yenidən baxılması məsələlərini müzakirə etmək üçün kreditor ölkələrin qeyri-formal qurumudur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək