Apr
2020
10:04
34
342
19523
Virtual karabakh

Tibb bacısı koronaviruslu xəstələrin əzabından danışdı

1 Apr, 2020
10:04
19523

Tibb bacısı koronaviruslu xəstələrin əzabından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Sauthempton şəhərində xəstəxanada gündə 13 saat işləyən gənc tibb bacısı koronavirusa yoluxan xəstələrin əzabından danışıb.

“Daily Mail” xəbər verir ki, Luci Hatçinqs adlı 19 yaşlı tibb işçisi şəhər xəstəxanasında qoruyucu vasitələrin yetərli olmadığını iddia edir.

O, eyni zamanda, virusa yoluxan xəstələrin sayının sürətlə artmasından da qorxduğunu deyib:

“İnsanlar xəstəliyin son mərhələsində bizə müraciət edirlər. Xəstələrin çoxu tənəffüs aparatına ehtiyac duyur. Virusa yoluxanların əksəriyyəti 60-90 yaş arasındadır”.

Hatçinqs infeksiyaya yoluxan insanların əziyyət çəkməsini izləməyin çətin olduğunu etiraf edib.

Onun dediyinə görə, xəstələrin gözlərində dəhşətli ağrıları görür:

“Qorxuram. Vəziyyətin daha da pisləşəcəyini düşünürəm. Bu, sadəcə, başlanğıc kimi görünür”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri