26 
Mar
2020
02:14
217
23
1461
Virtual karabakh

BMT kasıb ölkələrə koronavirusa qarşı mübarizədə yardım edəcək

26 Mar, 2020
02:14
1461

BMT kasıb ölkələrə koronavirusa qarşı mübarizədə yardım edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin baş katibi Antoniu Quterriş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində kasıb ölkələrə qlobal yardım proqramına start verildiyini bildirib.

“Gazeta.ru” xəbər verir ki, BMT-nin Mərkəzi Fondu artıq bu istiqamətdə 60 milyon dollar ayırıb.

Planın davam etməsi üçün təşkilat daha 2 milyard dollar vəsait tələb edib.

Bundan əlavə, BMT Afrika, Asiya və Latın Amerikasının kasıb ölkələri ilə “hava körpüləri” yaratmağı nəzərdə tutur.

Beləliklə koronavirusun tüğyan etdiyi bölgələrə həkimlərin çatdırılması daha da asanlaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri