26 
Fev
2020
16:15
27
197
7161
yuxarı
Şagird riyaziyyat müəllimini bıçaqladı - FOTO
26 Fev, 2020
16:15
7161
27
197
Şagird riyaziyyat müəllimini bıçaqladı - FOTO
Rusiyanın Ulyanovsk vilayətində şagird müəllimini bıçaqlayıb.
REN TV-nin xəbərinə görə, bu gün səhər saatlarında vilayət məktəblərinin birində 15 yaşlı şagird 59 yaşlı riyaziyyat müəlliminə mətbəx bıçağı ilə xəsarət yetirib.
Şagirdin müəllimi ona aşağı qiymət yazdığı üçün bıçaqladığı təxmin edilir.
Vilayət qubernatoru Serqey Morozov “Facebook” səhifəsində hadisəyə münasibət bildirib:
“Təhsil Nazirliyi və Ulyanovsk şəhər administrasiyası bu məsələ ilə məşğul olacaq və bizə məlumat veriləcək. Biz uşağın nə üçün belə addım atdığını öyrənməliyik. Bu məsələ nəzarətimdədir”.
Qeyd edək ki, faktla bağlı “adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.
Hadisə yerində əməliyyat-axtarış qrupu çalışır. Hadisənin təfərrüatları araşdırılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
2 
May
2024
23:01
Makron: “Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib”
36
89
574
2 
May
2024
22:34
“Oralarda necədir?”: Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO
8
68
2106
2 
May
2024
21:41
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
232
21
2380