27 
Yan
2020
16:17
11
348
2389
Virtual karabakh

Türkiyədə zəlzələdə ölənlərin sayı 40-a çatıb - VİDEO

27 Yan, 2020
16:17
2389

Türkiyədə zəlzələdə ölənlərin sayı 40-a çatıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Elazığ və Malatya vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Haber7.com məlumat verir ki, bu gün Elazığ vilayətinin Sürsülü adlı ərazisində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Rəsmi qurumlar Sürsülü ərazisində yerləşən dağıntılar altında daha bir kişinin olduğunu bildirirlər.

Dağıntılar nəticəsində yaralanmış 86 nəfərin müalicəsi davam etdirilir, 18 nəfərin reanimasiyada olduğu bildirilir.

Qeyd edək ki, Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə 40 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri