27 
Yan
2020
16:40
34
247
8927
Virtual karabakh

“Yalan söyləməyin” - Doxsan min adam koronovirusa yoluxub

27 Yan, 2020
16:40
8927

“Yalan söyləməyin” - Doxsan min adam koronovirusa yoluxub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronovirus, əslində, 90 min adama yayılıb.

Sondakika.com-un verdiyi xəbərə görə, Uxan şəhərindən dünyaya yayılan virusa Çin ərazisində 90 min adam yoluxub.

Bu barədə çinli bir tibb bacısı sosial şəbəkələrdə yazıb.

O, bununla bağlı insanlara səhv məlumat verdiyinə və həqiqəti gizlətdiyinə görə Çin hökumətini günahlandırıb.

Tibb bacısı həqiqəti söyləyəcəyini deyərək:

“Uxanın daxil olduğu Xubey əyalətində və bütünlükdə Çində 90 min adam koronovirusa yoluxub. Bu məlumatı alanlara çölə çıxmamağı tövsiyə edirəm. Xahiş edirəm, Uxana qoruyucu maska, eynək və geyimlər göndərin. Bizə kömək edin”, - deyə insanlara səslənib.

Qeyd edilir ki, rəsmi məlumatlarda 2744 nəfərin virusa yoluxduğu, 80 nəfərin isə öldüyü bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri