27 
Dek
2019
13:27
60
262
5252
yuxarı
İŞİD terrorçuları 11 xristian girovu edam etdi - FOTO
27 Dek, 2019
13:27
5252
60
262
İŞİD terrorçuları 11 xristian girovu edam etdi - FOTO
Afrika terrorçuları Milad günü münasibətilə keçirilən bayramda 11 xristian girovu edam edib.
Unian.net-in məlumatına görə, bu barədə nigeriyalı jurnalist Əhməd Salkida salkida.com saytında məlumat verib.
Onun sözlərinə görə, cinayəti ISWAP (qondarma “İslam Dövlətinin Qərbi Afrika əyaləti”) təşkilatının terrorçuları törədiblər.
“Boko Haram” qruplaşmasının keçmiş üzvləri olan terrorçular bu yolla İraq və Suriyadakı liderlərinin öldürülməsinin intiqamını alıblar. Jurnalistin əldə etdiyi məlumata görə, 13 girovdan ikisi sağ qalıb. Sağ qalanlar müsəlman olub.
Salkida iddia edir ki, terrorçular həbs olunan yoldaşları üçün girov mübadiləsi təklif ediblər, lakin Nigeriya hakimiyyəti buna razı olmayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək