Dek
2019
19:02
31
154
4767
Virtual karabakh

Borcu geri almaq istəyən şəxs yeddi avtomobilin şüşəsini qırdı - VİDEO

5 Dek, 2019
19:02
4767

Borcu geri almaq istəyən şəxs yeddi avtomobilin şüşəsini qırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Orenburq şəhərində bir şəxs dayanacaqda olan yeddi avtomobilə ziyan vurub.

O, bu yolla ondan aldığı borcu qaytarmayan tanışını qorxutmaq istəyib.

Hansı avtomobilin ona borclu olana aid olduğunu bilməyən şəxs binanın həyətindəki yeddi avtomobilin pəncərələrini daşlarla qırıb, rəngli boya ilə rəngləyib.

Ren.tv-nin xəbərinə görə, bu “vandallıq” ona baha başa gəlib.

Həbs olunan dələduz indi yeddi avtomobilə vurduğu zərəri ödəməlidir.

Maraqlıdır ki, bu avtomobillərin heç biri ona borclu olan şəxsə məxsus olmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri