11 
İyl
2019
21:36
26
243
5307
yuxarı
Gürcüstanda sel və dolu soydaşlarımıza ziyan vurdu - FOTO/VİDEO
11 İyl, 2019
21:36
5307
26
243
Gürcüstanda sel və dolu soydaşlarımıza ziyan vurdu - FOTO/VİDEO
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda güclü yağış və dolu əhaliyə ziyan vurub.
Oxu.Az xəbər verir ki, bu gün rayonun bir çox kəndlərinə gün ərzində yağan intensiv yağış selə səbəb olub.
Xüsusilə də rayonun Faxralı kəndi təbiət hadisəsindən əziyyət çəkib.
Dolu və sel əkin sahələrinə, meyvə ağaclarına zərər verərək, orada yaşayan soydaşlarımıza ciddi ziyan vurub.
Faxralı kəndindən çəkilmiş görüntüləri təqdim edirik.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək