26 
Apr
2019
17:42
295
49
2869
Virtual karabakh

Türkiyədə FETÖ əməliyyatı: 210 nəfər tutuldu

26 Apr, 2019
17:42
2869

Türkiyədə FETÖ əməliyyatı: 210 nəfər tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə - İstanbulda FETÖ-nün Türkiyə silahlı qüvvələrindəki dayaqlarına qarşı əməliyyat keçirilib.

TRTHaber”in məlumatına görə, əməliyyat zamanı orduda vəzifədə olan 210 nəfər haqqında tutulma və nəzarətə götürmə qərarı çıxarılıb.

İstanbul Prokurorluğunun həyata keçirdiyi əməliyyatda təqsirli bilinənlərin bir-biri ilə taksofonlar vasitəsilə əlaqə qurduğu ortaya çıxıb.

Prokurorluğun təlimatı ilə hələ də vəzifədə olan 210 nəfər barədə tutulma qərarı verilib.

Onlardan beşinin polkovnik, yeddisinin polkovnik-leytenant, 14-nün mayor, 33-nün kapitan, 47-nin baş leytenant, ikisinin leytenant, 102-nin isə gizir olduğu bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri