26 
Apr
2019
09:16
8
259
7428
Virtual karabakh

Kiprli zabitin silsilə qətlləri: ana və qızlarını öldürürmüş - FOTO

26 Apr, 2019
09:16
7428

Kiprli zabitin silsilə qətlləri: ana və qızlarını öldürürmüş - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiprdə 35 yaşlı hərbi zabit yeddi qadın, o cümlədən, azyaşlı qızları qətlə yetirdiyini etiraf edib.

BBC-nin məlumatına görə, o, ada-dövlətin tarixində silsilə qətllər törədən ilk şəxsdir.

Ayın əvvəlində Kipr hüquq-mühafizə orqanları əməkdaşları mədən quyusundan iki qadın meyiti tapıb. Üçüncüsü isə cümə axşamı aşkarlanıb.

Şübhəli qismində saxlanılan zabit istintaqın gedişində başqa qətllər də törətdiyini boynuna alıb.  Polis hazırda onun xəritədə göstərdiyi nöqtələrdə digər qurbanların meyitlərini axtarır. O, qurbanları Nikosiya paytaxtı yaxınlığında basdırdığını bildirib.

Öldürdüyü qadınlarla tanışlıq saytı vasitəsilə tanış olub.

Qurbanlar arasında Nepal və ya Hindistan vətəndaşı olduğu güman edilən qadın, rumıniyalı ana və onun səkkiz yaşlı qızı var.

Bundan başqa, qurbanlardan birinin altı yaşlı qızı da itkin düşüb. Meyitləri aşkarlanmış qadınların Filippin əsilli olduğu müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri