25 
Apr
2019
23:33
406
109
12904
Virtual karabakh

Moskvada azərbaycanlı həmyerlisini və özünü öldürüb - YENİLƏNİB + VİDEO

25 Apr, 2019
23:33
12904

Moskvada azərbaycanlı həmyerlisini və özünü öldürüb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvadakı iki nəfərin ölümü  ilə nəticələnmiş atışma barədə yeni məlumatlar əldə edilib.

“Komsomolskaya pravda”nın  yazdığına görə, aprelin 25-də Moskvada metronun “Novıye Çeremuşki” stansiyası  yaxınlığında atışma olması barədə polisə məlumat daxil olub.

Hadisə yerində odlu silahdan açılmış atəş nəticəsində ölmüş iki kişi meyiti aşkarlanıb.
Məlumata görə, insident yeraltı keçidin yaxınlığındakı bağda olub. Hadisə şahidlərinin dediyinə görə, iki nəfər yüksək səslə mübahisə edib, sonra onlardan biri “Naqan” markalı tapançadan atəş açaraq öncə qarşısındakını, daha sonra özünü öldürüb.

Ölənlərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Onların hər ikisi azərbaycanlıdır. Atəş açan Rəsul Abdullayev, öldürülən şəxs isə Vaqif Hümbətovdur.

Öldürülən şəxsin cibindən Moscow Times nəşrinin əməkdaşı olduğunu bildirən saxta jurnalist vəsiqəsi tapılıb. 

TASS məlumat verir ki, Moscow Times-ın əməkdaşı Daniel Kozin Vaqif Hümbətovun onların əməkdaşı olmadığını qeyd edib. Jurnalist vəsiqəsinin isə saxta olduğunu söyləyib.

Rusiyanın Moskva üzrə İstintaq İdarəsindən bildirilib ki, faktla bağlı “Qətl” və “Qanunsuz silah daşıma” maddələri ilə cinayət işi açılıb.

Hadisəyə qan davasının səbəb olduğu ehtimal edilir.

Xatırladaq ki, daha öncə Teleqram kanal -112 ölənlərin Ermənistan vətəndaşları olduğunu bildirmişdi.

19:44

Moskvada metro stansiyası yaxınlığında qanlı insident baş verib. Kimliyi məlum olmayan bir nəfər naməlum silahdan atəş açaraq başqa bir nəfəri, daha sonra özünü öldürüb.

Lenta.ru xəbər verir ki, insident  metronun “Novıye Çeremuşki” stansiyası yaxınlığında baş verib.

İlkin araşdırmalara görə, onlar Ermənistan vətəndaşlarıdırlar.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri