19 
Apr
2019
09:55
28
142
4380
Virtual karabakh

Səhər yeməyindən imtina edənləri ölümcül təhlükə gözləyir

19 Apr, 2019
09:55
4380

Səhər yeməyindən imtina edənləri ölümcül təhlükə gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

San-Paulu Dövlət Universitetinin alimləri səhər yeməyindən imtinanın ölümcül təhlükə daşıdığını aşkarlayıb. Səhər yeməyindən imtina edib, gecələr, yatmazdan əvvəl qida qəbul edən insanlarda isə erkən ölüm riski daha da yüksək olur. Söhbət başlıca olaraq ürək tutması ilə əlaqədar ölüm riskindən gedir.

Araşdırmanın nəticələri “MedicalXpres” nəşrində dərc olunub.

Tədqiqatda əvvəllər miokard infarkt keçirmiş orta yaşı 60 olan 113 pasiyent iştirak edib.

Tədqiqat çərçivəsində aparılan sorğuda məlum olub ki, könüllülərin 58 faizi səhər yeməyi yeməyib, onlardan 51 faizi gecə saatlarında qida qəbul edib, sorğu iştirakçılarının 41 faizi isə hər iki zərərli vərdişə malik olub.

Səhər yeməyi yeməyən, ancaq yatmazdan əvvəl qida qəbul etməyi sevən könüllülər təkrar infarktdan əziyyət çəkib, stenokardiyaları isə 4-5 dəfə daha müntəzəm olub.

Alimlər düzgün qidalanmanın ürək-damar xəstəlikləri profilaktikası baxımından olduqca zəruri olduğunu qeyd edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri