14 
Dek
2016
20:48
227
42
5609
Virtual karabakh

Çin ABŞ-ın peyklərini məhv edəcək raketin sınağını keçirəcək – VİDEO

14 Dek, 2016
20:48
5609

Çin ABŞ-ın peyklərini məhv edəcək raketin sınağını keçirəcək – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin yaxın günlərdə “Dong Neng 3” (“DN-3”) yeni anti-peyk raketinin sınağını keçirəcək.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, raketin sınağı haqqında məlumatı Amerika kəşfiyyatı yayıb.

Kəşfiyyat raket uçuşunun gözlənən trayektoriyasını əhatə edən hava zonasının Çin tərəfindən bağlanmasından sonra belə nəticəyə gəlib.

Bundan başqa, ölkənin mərkəzi hissəsində yerləşən hərbi obyektlərdən birində aktivlik aşkar edilib.

Raketin sınağı cümə axşamı keçirilə bilər. Sınağın təfərrüatları açıqlanmır. “Biz kəşfiyyat məsələləri üzrə şərhlər vermirik”, - deyə Pentaqon və Dövlət Departamentinin nümayəndələri bildiriblər.

Qeyd edək ki, “Dong Neng 3” yüksək orbitlərdə kosmik aparatların məhv edilməsi üçün nəzərdə tutulmuş Çin anti-peyk kompleksinin üçüncü nəslidir. Raketin ilk sınağı 2007-ci ildə olub. Çin ərazisindən buraxılmış raket köhnəlmiş Çin peykini hissələrə bölüb.

Çin anti-peyk silahı Amerika peyklərinin müxtəlif tiplərinə, kəşfiyyat peyklərinə qarşı istifadə oluna bilər. ABŞ-ın bu peykləri itirəcəyi halda Çin üzərində kəşfiyyat tapşırığını yerinə yetirmək çətin olacaq. ABŞ qoşunları peyklərdən əhəmiyyətli dərəcədə asılıdır. Çinin anti-peyk silahı ABŞ-ı qorxudan beş silah növündən biri hesab edilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri