20 
Mar
2024
22:16
15
490
9993
Virtual karabakh

Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - FOTO/VİDEO

20 Mar, 2024
22:16
9993

Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Şəhriyar Nizami oğlu Musayev odlu silahdan istifadə etməklə özünü öldürüb. 

Oxu.Az-ın sorğusuna cavab verən Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, bu barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

“Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır” , - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri