Dek
2020
09:14
97
539
7758
Virtual karabakh

Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO

1 Dek, 2020
09:14
7758

Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya sülhməramlıları Qarabağda Laçın dəhlizinin bir hissəsini partlayıcı maddələrdən təmizləyiblər.

Bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayır.

“Rus sülhməramlıları Laçın dəhlizindəki ərazidə partlayıcı maddələri təmizləyib, döyüş əməliyyatları zamanı zərər çəkən yüksək gərginlikli elektrik xəttini bərpa etmələri üçün işçi qrupunun təhlükəsizliyini təmin edib”, - deyə məlumatda qeyd olunur.

Həmçinin, ötən gün ərzində Dağlıq Qarabağ ərazisində üç elektrik ötürücü qülləsi, 1,2 min metr qaz kəməri, 1,5 min metrdən çox rabitə xətti, habelə iki transformator yarımstansiyası bərpa edilib.

Müdafiə şöbəsindən verilən məlumata görə, ümumilikdə, Dağlıq Qarabağda aparılan sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 29 hektardan çox ərazini və 10 kilometrə yaxın yolları təmizləyib, 100-dən çox evi və sosial əhəmiyyətli obyektləri yoxlayıb, 1000-ə yaxın partlayıcı obyekti aşkar edərək zərərsizləşdiriblər.

Bundan əvvəl Rusiya sülhməramlılarının nəqliyyat vasitələrinin təhlükəsizliyini və vətəndaşların bu ərazidən keçməsini təmin etdiyi bildirilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri