31 
Okt
2020
17:27
751
29
4583
Virtual karabakh

Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...”

31 Okt, 2020
17:27
4583

Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son zamanlar Ermənistan tərəfindən çoxlu sayda saxta videoların yayılması müşahidə olunur”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan iddia edir ki, guya Azərbaycan ordusunda xarici döyüşçülər iştirak edir:

“Bunlar saxta məlumatlardır. Belə təxribat xaraketli məlumatlardan biri də bu günlərdə Azərbaycan tərəfinin guya fosfor tərkibli döyüş sursatlarının istifadə etməsi ilə bağlı olan məlumatdır.

Azərbaycan tərəfində olan kəşfiyyat məlumatlarına əsasən, düşmən tərəfi Xocavənd istiqamətində fosfor tərkibli maddələrin, döyüş sursatlarının daşınmasını həyata keçirir. Burada əsas məqsəd bunlardan Azərbaycana qarşı istifadə etməkdir. Bu, açıq təxribatdır.

Məqsəd Azərbaycanın fosfor tərkibli maddələrin istifadə etməsi ilə bağlı dezinformasiyalar yaymaqla, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır”.

“Ermənistanın bu kimi saxta məlumatları yaymaqla, dinc əhalini hədəfə almaqda məqsədi bəllidir. Onlar münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. Onlar işğalı möhkəmləndirmək, eyni zamanda, üçüncü tərəfi bu münaqişəyə cəlb etmək istəyir” - deyə XİN rəsmisi qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri