30 
Sen
2020
12:15
1139
32
2285
Virtual karabakh

Deputat: “Ermənistan və dünya bilsin ki, Azərbaycan torpaqlarının işğal altında qalması ilə barışmayacaq”

30 Sen, 2020
12:15
2285

Deputat: “Ermənistan və dünya bilsin ki, Azərbaycan torpaqlarının işğal altında qalması ilə barışmayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın 30 ildən bəri davam edən işğalçılıq siyasəti və BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması barədə qəbul etdiyi dörd qətnaməsini görməzdən gəlməsi, son zamanlar isə daha da irəli gedərək ərazilərimizi müxtəlif çaplı silahlardan atəşə tutması, habelə mülki vətəndaşları qətlə yetirməsi səbr kasamızı doldurub.

Bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O bildirib ki, 27 sentyabr səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin artilleriya silahlarının işə salınması ilə Azərbaycanın dinc sakinlərinə, mülki əhaliyə edilən terror hücumu əlbəttə ki, cavabsız qalmamalı idi:

“Elə bu səbəbdən Azərbaycan Respublikası Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə şanlı ordumuz düşmənin növbəti təxribatına əks hücumla cavab verdi. 28 sentyabr tarixindən respublika ərazisində komendant saatı tətbiq olunmağa başlandı və bir gün sonra qismən səfərbərlik elan edildi. Dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqı Ali Baş komandanının ətrafında sıx birləşərək Vətən üçün səfərbər oldu. Bu birlik qələbə qazanmağımız üçün ən böyük gücdür! Ali Baş komandanın mərd və qətiyyətli çıxışı hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Deputat onu da əlavə edib ki, artıq Ermənistan və bütün dünya bilməlidir ki, Azərbaycan xalqı  torpaqlarının işğal altında qalması, mülki vətəndaşların qətl edilməsi ilə heç vaxt barışmayacaq:

“Biz qisas almırıq, biz işğal altında olan torpaqlarımızı azad edirik! Və bu yolda müzəffər olacağımıza qətiyyən şübhə etmirik! Bu gün Azərbaycan Dövləti və hər bir Azərbaycan vətəndaşı birdir, bir ürəkdir, bu ürək Qarabağ üçün çırpınır! Qarabağ candır, Qarabağ Azərbaycandır!. Allah bu yolda canını sipər etmiş həmvətənlərimizin yar və yardımçısı olsun!”

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri