24 
Yan
2021
20:45
381
152
10105
Virtual karabakh

Türkiyə gəmisində quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub - VİDEO

24 Yan, 2021
20:45
10105

Türkiyə gəmisində quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” gəmisi dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə basqın zamanı 19 nəfərdən, 15 nəfəri girov götürülüb, bir nəfər isə öldürülüb.

Həmin öldürülən isə Siyəzən şəhər sakini Fərman İsmayılovdur.

Baku TV Siyəzən şəhərinə, Fərman İsmayılovun evinə yollanıb.

Həmyerlimiz Fərman İsmayılovun ölüm xəbəri yaxınları üçün gözlənilməz olub.

Fərman İsmayılovun qardaşı Araz İsmayılov bildirib ki, qardaşının ölüm xəbərini eyni şirkətdə işləyən başqa Azərbaycan vətəndaşından alıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri