İyl
2022
14:06
121
10
3161
Virtual karabakh

Turizm dövləti ölkəyə giriş qaydalarını sadələşdirdi

1 İyl, 2022
14:06
3161

Turizm dövləti ölkəyə giriş qaydalarını sadələşdirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailand hökuməti xarici turistlər üçün koronavirus məhdudiyyətlərini yüngülləşdirib.

Yeniliklərə əsasən, iyulun 1-i cümə günündən etibarən bütün səyahətçilərin “Thailand Pass”da məcburi qeydiyyat tələbi ləğv edilir. Həmçinin, ölkəyə gələn turistlərdən minimum 10 min dollar məbləğində tibbi sığorta tələb olunmur.

İndi krallığa gələn turistlərin Tailanda səfərdən 72 saat əvvəl peyvənd sertifikatı, PCR və ya antigen testinin nəticələrinin olması kifayətdir. Ölkəyə daxil olarkən mənfi nəticəli test təqdim etməyən peyvənd olunmamış və ya tam peyvənd olunmamış səyahətçilər yerində testdən keçməlidirlər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri