24 
Apr
2024
23:44
135
2
698
Virtual karabakh

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

24 Apr, 2024
23:44
698

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Oxu.Az xəbər verir ki, Malik Həsənov (63,5 kq) üçüncü görüşündə Din Klensini (İrlandiya) məğlub edib.

Milli üzvü Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.

Bununla da yarımfinala yüksələn boksçularımızın sayı ikiyə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilərimiz bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.

Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri