23 
Apr
2024
14:48
78
12
1535
Virtual karabakh

Avro-2024: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO

23 Apr, 2024
14:48
1535

Avro-2024: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIFA lisenziyalı türkiyəli hakim Halil Umut Meler Avro-2024-ü idarə edəcək.

Bu barədə UEFA-dan məlumat verilib.

UEFA Hakimlər Komitəsi Avro-2024-ün 51 oyununu idarə edəcək 18 hakimi və köməkçi hakimlər briqadalarını açıqlayıb. Hakimlər arasında Türkiyədən olan FIFA lisenziyalı Halil Umut Meler də yer alıb.

Avro-2024-də iştirak edəcək hakimlərin siyahısı aşağıdakı kimidir:

Artur Suares Dias (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Guida (İtaliya), İstvan Kovaks (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksiyer (Fransa), Denni Makkeli (Hollandiya), Szimon Marçiniak (Polşa), Halil Umut Meler (Türkiyə), Glenn Niberg (İsveç), Maykl Oliver (İngiltərə), Daniele Orsato (İtaliya), Sandro Şrarer (İsveçrə), Daniel Siebert (Almaniya), Entoni Taylor (İngiltərə), Klement Turpin (Fransa), Slavko Vinçiç (Sloveniya), Feliks Zvayer (Almaniya).

Xatırladaq ki, Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilən və 1:1 hesabı ilə başa çatan “Ankaragücü” - “Çaykur Rizəspor” matçından sonra böyük qalmaqal yaşanmışdı.

Qarşılaşmanın final fitindən sonra “Ankaragücü”nün prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Meleri yumruqlamışdı. Kocanın yanında olan iki nəfər də Meler yerdə ikən onun başına və kürəyinə təpiklər vurmuşdular.

Mənbə: NTV Spor

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri