22 
Apr
2024
19:26
264
8
1150
yuxarı
Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO
22 Apr, 2024
19:26
1150
264
8
Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda ermənistanlı Lusine Gevorqyanı mübarizədən kənarlaşdırıb.
İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
3 
May
2024
22:40
“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər
31
8
638
3 
May
2024
19:32
Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib - FOTO
43
13
450